AZ

Keylor Navasın yeni klubu məlum oldu

“Real Madrid”in sabiq qapıçısı Keylor Navasın karyerasını davam etdirəcəyi yeni klub müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı Kosta-Rika millisinin qapıçısı Argentina təmsilçisi “Nyuells Old Boyz”dan ayrılaraq Meksikanın “Pumas” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Təcrübəli qolkiperin transferi 1,6 milyon avroya başa gəlib. Əlavə olaraq, 85,5 min avro bonus nəzərdə tutulub.

Qeyd edək ki, Keylor Navas indiyədək “Saprissa”, “Albasete”, “Levante”, “Real Madrid”, PSJ və “Nottinqem Forest” kimi klubların formasını geyinib.

 

Seçilən
94
idmanxeber.az

1Mənbələr