Daşkəsəndə “VAZ 2107” markalı avtomobil aşıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Qəza zamanı 2004-cü il təvəllüdlü Vüqar Hüseynov və avtomobildə olan daha bir nəfər 17 yaşlı Kamil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.