AZ

Almaniyalı forvard üçün danışıqları dayandırdılar

“Bayern” “Ştutqart”ın hücumçusu Nik Voltemadenin mümkün transferi ilə bağlı danışıqları dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Abendzeitung” məlumat yayıb.

Münhen təmsilçiləri üçüncü təklifi verməmək qərarına gəlib və bu barədə 23 yaşlı futbolçunun özünü də məlumatlandırıblar.

Voltemade daha əvvəl açıq şəkildə Almaniya çempionuna keçmək istədiyini bildirmişdi.

“Ştutqart” keçən həftə “Bayern”in 50 və əlavə 5 milyon avro bonus şəklində olan sonuncu təklifini rədd etmişdi. Bundan sonra Münhen klubu danışıqlardan tamamilə çəkilməyə qərar verib.

Buna baxmayaraq, almaniyalı futbolçu hələ də transferin yenidən gündəmə gələ biləcəyinə ümid edir. Ancaq bu mərhələdə “Bayern” danışıqlara qayıtmaq niyyətində deyil.

phrase_var_article.chosen
22
sportinfo.az

1phrase_var_article.sources