“Zirə”nin "Hayduk"a qarşı Konfrans Liqasının II təsnifat mərhələsi matçına iştirak ərizəsində dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəz edib. Bundan başqa Rəşad Sadıqov B listindən də yararlana biləcək. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.
Qeyd edək ki, "Zirə" - "Hayduk" oyunu sabah saat 19:30-da baş tutacaq.