ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Zirə”nin futbolçusu Qismət Alıyev Konfrans Liqasında sabah “Hayduk”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, kapitan oyunöncəsi təşkil olunan mətbuat konfransında bunları deyib:
“Hər iki komandanı vacib oyun gözləyir. Məşqçilər bizə məlumatları veriblər. Oyuna tam hazırıq. Ən yaxşısını etməyə çalışacağıq ki, ilk matçda istədiklərimizi edək”.
“Zirə” “Hayduk”la ilk oyunu sabah Bakıda keçirəcək. Matç saat 19:30-da başlayacaq. Cavab görüşü isə iyulun 31-də Xorvatiyada olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.