AZ

Azərbaycan və Kamboca turizm sahəsində Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Dövlət Turizm Agentliyi və Kamboca Turizm Nazirliyi turizm sahəsində Anlaşma Memorandumu imzalayıblar.

"Report"un Kamboca KİV-inə istinadən verdiyi məlumata görə, sənəd Azərbaycan hökumət nümayəndə heyətinin Pnompenə səfəri çərçivəsində imzalanıb.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Məlumata görə, memorandum iki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsinə yönəlib.

"Azərbaycan Kamboca ilə turizm sahəsində əməkdaşlıq və təcrübə mübadiləsində maraqlıdır. Eyni zamanda, biz qarşılıqlı şəkildə turistlərin sayının artırılmasını təşviq etmək istəyirik", - E.Məmmədov yerli jurnalistlərə bildirib.

O qeyd edib ki, Anlaşma Memorandumu Azərbaycan Dövlət Turizm Agentliyi ilə Kamboca Turizm Nazirliyi arasında sıx əməkdaşlığın qurulmasına kömək edəcək və buna Azərbaycan Xarici İşlər Nazirliyi də dəstək verəcək.

phrase_var_article.chosen
0
8
report.az

8phrase_var_article.sources