Bakı. Trend:
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedurmüəyyənləşib.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə ediləndəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçüntəqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı)dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdəqeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günümüddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmaaparılacaq. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdəgöstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərindəhüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrındamüvafiq düzəlişlər ediləcək.
Qanun qeydiyyat üçün təqdim olunan sənəddəki torpağınkateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasındauyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanın aparılmasının,araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdə isə torpaqüzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsininhüquqi əsaslarını təsbit edir.