Prezident İlham Əliyev Gömrük Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Publika.az xəbər verir ki, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə edilməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödəniləcək.
Gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır.
Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Həmçinin bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.