AZ

Ən etibarlı 10 Cənubi Koreya avtomobili - SİYAHI

"TopSpeed" portalı Yaponiyadan olan rəqiblərindən daha etibarlı olduğu ortaya çıxan 10 ən yaxşı Cənubi Koreya avtomobilinin daxil olduğu reytinq tərtib edib.

Valyuta.az xəbər verir ki, siyahıya etibarlılıq baxımından "Mazda CX-5" və "Subaru Outback" kimi yapon avtomobillərini üstələyən 2024-cü ilin "Hyundai Santa Fe" krossoveri başçılıq edir. Mümkün 10 baldan 9 bal, təhlükəsizlik 10 baldan 8 bal, qiymət-keyfiyyət nisbəti isə 10 baldan 8,5 balla qiymətləndirilib.

İkinci yerdə "Acura Integra" və "Lexus IS"dən daha etibarlı olduğu ortaya çıxan "2025 Genesis G70" qərarlaşıb. Üçüncü yeri etibarlılıq baxımından "Toyota Highlander" və "Honda Pilotu" ötmüş 2025-ci il "Kia Telluride" krossoveri tutur.

Ən etibarlı Cənubi Koreya avtomobillərinin ilk 10-luğuna həmçinin "Hyundai Sonata", "Genesis GV70", "Kia Sportage", "Hyundai Tucson", "Genesis G80", "Kia Forte" və "Hyundai Elantra" daxildir.

Paşa Məmmədli
 

Seçilən
55
12
valyuta.az

10Mənbələr