AZ

"Naxçıvan Bank" bağlanır? — Rəsmi açıqlama

Bir neçə kütləvi informasiya vasitələrində Azərbaycanın yeganə regional bankı olan "Naxçıvan Bank"ın bağlanacağı barədə xəbərlər yayılıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) məsələ ilə bağlı açıqlama verilib.

Mərkəzi Bank APA-ya bildirib ki, "Naxçıvan Bank" bütün prudensial tələblərə riayət edir.

"Mərkəzi Bank tərəfindən banklarda yoxlamalar müəyyən edilmiş illik yoxlama planı əsasında aparılır. “Naxçıvan Bank” ASC-nin maliyyə dayanıqlığı göstəriciləri AMB tərəfindən müəyyən edilən prudensial tələblər çərçivəsindədir", - açıqlamada qeyd edilib. Başqa sözlə, AMB tərəfindən "Naxçıvan Bank"ın lisenziyasının məcburi qaydada ləğv edilməsi gözlənilmir.

Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu "Naxçıvan Sığorta"nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.

Seçilən
587
20
demokrat.az

10Mənbələr