AZ

“Prezident Şuşa Forumunda Ermənistana növbəti mesaj verdi” - Deputat

“Prezident İlham Əliyev Rusiya ilə bağlı konkret mövqe ortaya qoydu. Bunu Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı səsləndirdiyi mesajlardan açıq aydın görmək olar”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Millət vəkili deyib ki, bu gün münasibətlərin gərginləşməsində məsuliyyəti Rusiya tərəfi daşıyır:

“Azərbaycan tərəfi heç zaman münasibətlərin gərginləşməsində maraqlı olmayıb. Amma biz arada Rusiya tərəfindən hər cür addımların atıldığını görürük. Rusiya tərəfi bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Rusiya bu addımları atmaqla münasibətləri zədələyir. Əgər Rusiya tərəfi təzyiq dili ilə Azərbaycanla danışmağın mümkün olduğunu, təzyiq vasitəsilə Azərbaycanın mövqeyinə təsir edə biləcəyini düşünürsə, bu, kökündən yanlışdır və mümkün olmayan bir məsələdir.
Bunun yolu təzyiqlərdən deyil, normal münasibətlərdən və bu münasibətlərin idarə olunmasından keçir. Yəni, bu cür addımlarla, belə yanaşma ilə nəyəsə nail olmaq qeyri-mümkündür. Biz onu xüsusi qeyd edirik ki, Azərbaycan haqlı mövqedədir. Miqrantlara təzyiq isə çıxış yolu deyil. Onlar Rusiyanın inkişafına, iqtisadiyyatına öz töhvələrini verirlər. Ona görə də, bu cür üslub və yanaşma kökündən yanlışdır”.

Ceyhun Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda dünyaya bir sıra çox mühüm mesajlar çatdırdı:

Eyni zamanda ABŞ-la əlaqələr məsələsinə də ciddi mövqe bildirdi.
III Şuşa Qlobal Media Forumuna gələn qonaqlar ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri öz gözlərilə görür və Azərbaycan həqiqətlərilə tanış olurlar.

Cənab Prezident Forumda “Böyük Qayıdış”la bağlı da fikirlərini bildirdi. Görülən işlərdən, infrastruktur layihələrindən, hər şeyin göz önündə olmasından, qayıdan insanların sayının getdikcə artmasından bəhs etdi.

Daha sonra cənab Prezident Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə media işçilərini təbrik etdi. Dövlətimizin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğısının olmasını qeyd etdi. Mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır”.

Seçilən
1
16
modern.az

10Mənbələr