AZ

Xarici yatırımlar 30 faiz artıb

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu ilin yanvar – iyun aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 milyard manat (bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çox) vəsait yönəldilib.

Hesabat dövründə xarici investisiyaların 1 milyard 949,4 milyon manatı (97,3 faizi) Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, I yarımildə respublikamızda əsas kapitala 8 milyard 073,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 13,5 faiz artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
6
xalqqazeti.az

10Mənbələr