AZ

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirlərini 80 milyon dollardan çox artırıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 402,4 minton meyvə-tərəvəz ixrac edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulixracından əldə olunan gəlir 415,7 milyon ABŞ dolları təşkiledib.

Meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 80,5 min ton və ya 25% qədər, dəyər ifadəsi ilə 81,2milyon ABŞ dolları, yaxud da 24,3% artıb.

2024-cü ilin birinci yarısında Azərbaycandan xaricə 321,9 minton miqdarında, 334,5 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəzixrac edilmişdi.

Meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,59%-ini,qeyri-neft sektoru üzrə ümumi ixracın 20,96%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xariciölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyardABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanxarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparmışdı.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
11
11
az.trend.az

10Mənbələr