Son dövrlərdə Azərbaycanla Rusiya arasında yükdaşımalarında heç bir problem yaşanmayıb. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məsələ ilə bağlı indiyə qədər hər hansı tərəfin problem yaratması, nə də daşımaların həcminin azalması müşahidə edilməyib:
“Eləcə də sürücülər tərəfindən hər hansı bir narazılıq və ya çətinlik bildirilməyib. Ona görə də bu istiqamətdə ciddi bir problem yoxdur”.
K. Qurbanovun sözlərinə görə, beynəlxalq daşımaların yarıdan çoxu İran-Rusiya istiqamətində həyata keçirilir:
“Bu daşımaları yalnız Azərbaycan daşıyıcıları deyil, həm də Rusiya daşıyıcıları yerinə yetirirlər”.