AZ

“Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində təlimlər və kitabça təqdimatı oldu FOTOLAR

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı  İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində təlimlər və “Süni intellekt və sahibkarlıq” kitabçasının təqdimatı keçirildi.  Layihə üzrə təlimlər  Bakı şəhərində Bakı Resurs Mərkəzində,  Sumqayıt şəhərində Qərbi Azərbaycan İcmasının akt zalında keçirildi. Təlimlərdə KOB subyektləri,  fərdi sahibkarlar,  yeni biznes fəaliyyətinə başlamaq istəyən gənclər iştirak edirdi.

Hə 3 təlimdə layihə rəhbəri  Lalə Maxsudova layihə haqqında məlumat verərək bildirmişdir ki, “müasir dövrdə qlobal rəqabət və texnoloji inkişaf sürətlə artdığı üçün sahibkarların ən vacib ehtiyaclarından biri də innovativ bacarıqların inkişaf etdirilməsidir.

Layihə çərçivəsində hazırlanmış “Süni intellekt və sahibkarlıq” adlı kitabça da bu baxımdan  çox aktual və zəruri bir vəsaitdir. Kitabçada sahibkarlıq fəaliyyətində innovasiyaların rolu, rəqəmsal marketinq, yeni texnologiyaların tətbiqi və xüsusilə süni intellektin (AI) sahibkarlıq mühitinə inteqrasiyası üçün lazımlı məlumatlar toplanmışdır ki, bu da kiçik və orta sahibkarların bu texnologiyadan necə faydalana biləcəyini əhatəli şəkildə əks etdirmişdir”.

Hər  3 təlimdə iqtisadi ekspert, Beynəlxalq Əmək Təşkilatının-biznes təlimçisi Bəsti Bəşirova və informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlı mütəxəssis Həsən Şahbazov mövzu üzrə startap layihələr, süni intellektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin  azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verərək slaydlar təqdim etdilər. 

Təlimlərdə sahibkarları maraqlandıran məsələlərlə bağlı suallar təlimçilər və KOBİA əməkdaşları tərəfindən cavablandırılmış, fəallıq göstərən gənc fərdi sahibkarlara  sertifikatlar təqdim edilmişdir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
36
5
cebheinfo.az

10phrase_var_article.sources