AZ

Azərbaycan neftinin qiyməti 71 dollara qədər AZALIB

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları azalıb.

Tribunainfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,32 % azalaraq 71,23 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

phrase_var_article.chosen
1
49
tribunainfo.az

10phrase_var_article.sources