AZ

Milli mətbuatın 150 illiyi ilə bağlı "SOCAR Karbamid" zavoduna mediatur təşkil olunub

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə SOCAR-ın təşəbbüsü ilə  "SOCAR Karbamid" zavoduna  təşkil olunan mediaturda 30-a yaxın media qurumundan nümayəndələr iştirak edib.

Turda öncə SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəisi İlahə Novruzova mediatur iştirakçılarını salamlayaraq, Milli Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıb. Departament rəisi  Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu bildirib. Bu xüsusda SOCAR-ın təşəbbüsü ilə "SOCAR Karbamid" zavoduna mediaturun və bayram tədbirinin təşkil olunduğunu qeyd edib.

Mediatur iştirakçıları təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra "SOCAR Karbamid" zavodunun "ağıllı kimya" və "açıq anbar" sahələrində olub, burada rəqəmsal texnologiyalardan istifadə olunmaqla həyata keçirilən istehsalat prosesi barədə məlumat alıblar.

Zavodun baş texnoloqu Şöhrət Mirzəyev, baş metroloqun müavini İlkin Hacıyev tərəfindən media nümayəndələrinə zavodun ümumi fəaliyyəti, rəqəmsal transformasiya layihəsi, istehsalat  proseslərinin avtomatlaşdırılması üzrə görülən işlərə dair məlumat verilib.

Daha sonra media nümayəndələri muğam triosunun ifasında konsert proqramını izləyiblər.

 "Azərbaycan"

phrase_var_article.chosen
33
50
azerbaijan-news.az

10phrase_var_article.sources