2025-ci il Belçika Super Kuboku uğrunda “Yunion Sent-Jilluaz” və “Brügge” komandalarının qarşılaşdığı oyun başa çatıb.
Arena.az məlumat verir ki, oyun “Brügge”nin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Oyunun 15-ci dəqiqəsində Franyo İvanoviç hesabı açıb. 31-ci dəqiqədə “Brügge” Xristos Solisin penaltidən vurduğu qolla bərabərliyi yaxalayıb. 45+1-ci dəqiqədə isə Hans Vanaken dəqiq zərbə ilə “Brügge”yə qələbə gətirmiş qola imza atıb.
Bu, sözügedən komandanın Belçika Kubokunda 18-ci zəfəridir ki, müvafiq uğur mütləq ölkə rekordudur. Belçika Super Kubokunda ikinci nəticə ölkə nəhəngi “Anderlext”ə məxsusdur – 13 qalibiyyət. İlk üçlüyü isə Lyej “Standard”ı qapayır – 4 qalibiyyət.