Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və “Xəzər Xəbər”in vatsap qaynar xəttinə göndərilib.
Məlumata görə, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə də bildirib.
Məlum olub ki, video çəkilən vaxt sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başında idi.
Həmin şəxs iddiaları təkzib edib:
“Bəli, onu mən içmişəm. O kvas idi, spirtli deyildi. Bir sərnişin verdi mənə, mən də içdim. Bu adam da baxdı, qışqırdı ki, guya pivədi”.
İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. 30-cu polis bölməsində onun ifadəsi alınıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntülər araşdırılır.
10Mənbələr
-
demokrat.azAvtobus sürücüsü sükan arxasında pivə içib? — VİDEO ( 19540397)
-
demokrat.azSürücüsü Ruhəngiz Allahverdiyevaya qarşı dələduzluq edib ( 19408861)
-
demokrat.azYevlaxda tanışlar içki məclisində yeyib-içdilər, sonra isə... — TƏFƏRRÜAT ( 19300102)
-
demokrat.azAvtobus avtomobilin sürücüsünü belə vurdu — VİDEO ( 19268422)
-
demokrat.azSürücü sükan arxasında ürəktutmadan vəfat etdi ( 19265029)
-
demokrat.azBakıda gecəyarısı dava: Sevgililər bir-birlərinə xəsarət yetirdilər — TƏFƏRRÜAT ( 19255060)
-
demokrat.azGənclər arasında pul borcu üstündə dava— TƏFƏRRÜAT ( 19149913)
-
demokrat.az24 nəfərin yaralandığı qəzadakı sürücü qanunsuz işləyirmiş ( 19113562)
-
demokrat.azŞəmkirdə ər arvadını ona mürəbbə gətirmədiyi üçün döydü ( 19098454)
-
demokrat.azBu sürücülərlə bağlı xüsusi iş aparılmalıdır — AÇIQLAMA ( 19083496)