AZ

Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixi və məkanı açıqlandı

Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə növbəti danışıqlar raundu iyulun 23-də Türkiyədə keçirilməsi planlaşdırılır.

Heftelik.az xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Volodimir Zelenski deyib ki, o, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla baş tutacaq növbəti görüşə və əsir mübadiləsinə hazırlığı müzakirə edib: “Rüstəm Umerov məruzə etdi ki, görüş çərşənbə günü nəzərdə tutulur. Sabah bu barədə daha ətraflı məlumat veriləcək”.

Seçilən
13
31
heftelik.az

10Mənbələr