Yapılan araşdırmalar süni intellektlə işləyən terapi botlarının etibarlı olmadığını ortaya qoydu.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Alkoqol asılılığı və şizofreniya kimi vəziyyətlərdə botların önyarğılı cavablar verdiyi, bəzən isə təhlükəli və uyğunsuz reaksiyalar göstərdiyi bildirilib. Araşdırmada bəzi botların intihar fikirlərinə qarşı passiv qalaraq yalnız məlumat təqdim etdiyi qeyd olunub.
Mütəxəssislər süni intellektin terapiyada insan yerini tuta bilməyəcəyini, ancaq dəstəkçi rollarda istifadə oluna biləcəyini vurğulayıblar.
Xeyrənsə Piriyeva