AZ

Rusiyada 100-dən çox uçuş ləğv edilib - 200-dən çox reys isə...

Ukrayna ordusu PUA-larla paytaxt Moskva başda olmaqla Rusiyanın müxtəlif şəhərlərinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 100-dən çox uçuş ləğv olunub.

Bildirilib ki, 19-21 iyul tarixləri arasında davam edən hücumlar səbəbilə ölkədəki bir çox hava limanının fəaliyyəti məhdudlaşdırılıb: "İyulun 20-si səhər saat 8:00-dan iyulun 21-i səhər saat 8:00-a qədər Moskva vilayətinin hava limanlarında, o cümlədən  Sankt-Peterburqun Pulkovo hava limanında ümumilikdə 118 reys ləğv olunub, 203 reys isə təxirə salınıb. Hazırda Nəqliyyat Nazirliyi ilə birlikdə vəziyyətin sabitləşməsi üçün səylər göstərilir".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
3
31
mia.az

10Mənbələr