Rusiyalı hərbi blogerlər məşhur politoloq Sergey Markovun cəzalandırılmasını tələb ediblər.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb politoloqun III Şuşa Qlobal Media Forumuna qatılması səbəb olub.
Blogerlər Markovu Azərbaycan Prezidenti İlham Əliyevə həddindən artıq dəstək verməkdə ittiham edib və onun xarici agent elan edilməsinə çağırıblar.
Rusiyalı politoloq isə bu forumu Azərbaycan Prezidentinin fikirlərini eşitmək və müxtəlif ölkələrdən olan həmkarları ilə ünsiyyət qurmaq üçün unikal imkan adlandırıb.
“Şübhəsiz, o (İlham Əliyev - red.) müasir dünyanın ən təcrübəli liderlərindən biridir. Qalib ölkəni təmsil edən liderdir. Müharibədə tam qələbə qazanan və Qarabağ kimi ərazini azad edən ölkələr o qədər də çox deyil. Bir çox liderlər ondan qələbənin sirrini öyrənmək istəyərdilər. Biz də prezidentə bu sualları vermək istəyirik. O isə, məlum olduğu kimi, çox müdrik, savadlı, korrekt ölkə rəhbəridir”, - Markov söyləyib.