AFFA "İmişli" və "Karvan"a güzəşt edəcək.
Uzun müzakirələrdən sonra federasiya bölgə klublarının müraciətlərini nəzərə alaraq hər iki kluba əvəzedici komanda ilə bağlı güzəşt etməyi qərara alıb.
Belə ki, qarşıdakı mövsüm nə "Karvan", nə də "İmişli"nin "ikincilər"in yarışında komandası olmayacaq.
Bu, yalnız bir mövsümlük möhlət olaraq nəzərdə tutulub.
Amma Yevlax və İmişli klublarının digər müraciəti müsbət nəticə verməyib.
Söhbət U-19 və U-17 yaş qruplarının da olmamasından gedir.
AFFA adıçəkilən klubların rəsmilərinin diqqətinə çatdırıb ki, əvəzedici komandadan başqa digər yaş qrupları hamısı lisenziya şərtlərinə cavab verməlidir.
Qərar AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında ictimaiyyətə elan olunacaq.
XANOĞLAN / SPORTİNFO.AZ