AZ

Rusiya və İran müdafiə nazirləri Moskvada danışıqlar aparıb

İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousov ilə görüşüb.

Operativ Media-nın məlumatına görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali IRNA agentliyinə müsahibəsində bildirib.

“Görüşün məqsədi müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlığı gücləndirmək olub”, - o qeyd edib.

Səfirin sözlərinə görə, Nəsirzadə, həmçinin iyulun 20-də Kremldə İranın ali dini liderinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də iştirak edib.

Seçilən
16
50
operativmedia.az

10Mənbələr