AZ

Yaşayış binasında güclü yanğın baş veribVİDEO

Sumqayıtda yaşayış binasında güclü yanğın baş verib, nəticədə 23 nəfər tüstüdən zəhərlənib.  

Xezerxeber.az-ın məlumatına görə, hadisə ilə əlaqədar əraziyə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Binanın üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub. 23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib. Təcili tibbi yardım xidməti tərəfindən 8, ailə üzvləri tərəfindən isə 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət  edənlər ambulator müalicə üçün evə buraxılıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
0
50
xezerxeber.az

10Mənbələr