Demokrat az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda qohumlar arasında nikaha məhdudiyyət qoyulması ilə bağlı 1 iyuldan tətbiq edilən qanun ictimai müzakirələrə səbəb olub:
“Bu məhdudiyyətin ciddi əhəmiyyəti yoxdur və əksinə, qeyri-rəsmi nikahların sayının artmasına gətirib çıxara bilər. Bu gün Azərbaycanda qohum olmayan şəxslərin də qeyri-rəsmi nikahları kifayət qədər çoxdur. Ümumiyyətlə, qeyri-rəsmi nikahlar populyarlaşır. Rəsmi nikah isə əvvəlki üstünlüklərini tədricən itirir. Dünyanın əksər ölkələrində belə məhdudiyyət yoxdur, çünki bu, effektiv hesab edilmir. Belə qaydalar yalnız çox nadir ölkələrdə mövcuddur. Məsələn, Şimali Koreya kimi totalitar sistemlərdə, Avropanın inkişaf etmiş ölkələrində belə məhdudiyyətlərə rast gəlinmir, çünki bunun real mənası yoxdur. Azərbaycanda qohum evlilikləri tarixən mövcud olub, lakin son illər bu tendensiya azalır: 20-30 il əvvəl qohumla evlilik normal sayılırdı. Amma indi Azərbaycan xalqı getdikcə qarışır, region prinsipi, qohumluq amili zəifləyib. Artıq insanlar daha çox seçim azadlığı ilə evlənirlər”.
Hüquqşünas əlavə edir ki, qohum nikahlarının sağlamlıq baxımından riskli olduğu qəbul edilir, amma bu, hər zaman xəstə uşağın doğulacağı anlamına gəlmir:
“Xəstə övlad ehtimalı arta bilər, amma bu mütləq deyil. Dünyada kifayət qədər sağlam uşağı olan qohum evlilikləri var. Statistik baxımdan risk mövcuddur, amma qəti hökm yoxdur. Qohum nikahına qadağa qoymaq dövlətin şəxsi həyata müdaxiləsi kimi qiymətləndirilə bilər: Şəxsən mən qohum nikahına yaxşı baxmıram. Amma bu, mənim şəxsi zövqümə əsaslanır. Heç kim mənim zövqümə görə həyatını qurmaq məcburiyyətində deyil. Dövlətin belə məsələlərə qarışması düzgün deyil. Rəsmi nikah da artıq əvvəlki kimi üstünlük vermir. Bir çoxları deyir ki, rəsmi nikah vacibdir, amma onun əsas üstünlüyü miras məsələsindədir. Halbuki, bu da nikah müqaviləsi ilə həll oluna bilər. Ona görə də, bu məhdudiyyət qeyri-rəsmi nikahların artmasına gətirib çıxaracaq. Hazırda qadınlar donor vasitəsilə süni mayalanma yolu ilə övlad sahibi olurlar və bu, getdikcə populyarlaşır. Lakin uşaq hüquqları baxımından bu, ciddi problemdir. Çünki uşağın valideynlərini tanımaq haqqı var və bu pozulur. Qohum nikahlarının sayı onsuz da azalır. Amma süni mayalanma və donor problemi artır. Buna nəzarət əvəzinə, diqqət tamam başqa mövzuya yönəldilib”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
demokrat.azBu məhdudiyyət qeyri rəsmi nikahların artmasına gətirib çıxaracaq AÇIQLAMA ( 19520330)
-
demokrat.az"Bu məhdudiyyət qeyri-rəsmi nikahların artmasına gətirib çıxaracaq" — AÇIQLAMA ( 19520282)
-
sia.azZinyət əşyası alan müştərilərə niyə qəbz verilmir? - İQTİSADÇI AÇIQLADI ( 19497974)
-
sia.azZinyət əşyası alan müştərilərə niyə qəbz verilmir? İQTİSADÇI AÇIQLADI ( 19497845)
-
hurriyyet.azVERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs... ( 19471400)
-
football-plus.azAnçelotti vergidən yayındığına görə şərti iş aldı ( 19446785)
-
teleqraf.com"Atlant”ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - MƏHKƏMƏ ( 19365619)
-
hafta.azQohumlar EVLƏNƏ bilməz, amma - Qeyri-rəsmi evliliyə yol açılır? ( 19294327)
-
teleqraf.comBulvar idarəsinin rəisinin işi: "Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisən" - MƏHKƏMƏ ( 19267567)
-
yenilik.azQohum evliliyi qadağandır – Bəs qeyri-rəsmi evlənənlər cəzalandırılacaq? ( 19240156)