AZ

Lionel Messi mövsümdə 5-ci dəfə “ən yaxşı” seçildi

“İnter Mayami”nin 38 yaşlı argentinalı ulduzu və kapitanı, veteran hücumçu Lionel Messi MLS-də növbəti uğuruna imza atıb.

Arena.az MLS-in mətbuat xidmətinə istinadən məlumat verir ki, “Leo” “Nyu-York Red Bullz” ilə oyunda (5:1) “Günün oyunçusu” mükafatını qazanmaqla rekordunu yeniləyib.

Müvafiq mükafat cari mövsümdə Messinin 5-ci, ümumilikdə isə 11-ci təltifidir ki, bu da MLS-in fəaliyyətdə olan oyunçuları arasında mütləq rekorddur. Göründüyü kimi, “Leo” nəticəsini daha da yaxşılaşdıra bilər.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 29 oyuna 24 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 68 oyun, 58 qol və 26 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Seçilən
3
7
arena.az

10Mənbələr