AZ

Rusiya və İran müdafiə nazirləri Moskvada görüşüb

İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousovla görüşüb, tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.

Azreform.info APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

“Görüşün məqsədi müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi idi”, - o İRNA-ya müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Nəsirzadə iyulun 20-də İranın Ali Rəhbərinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə Kremldə görüşündə də iştirak edib.


 

Seçilən
3
35
azreform.info

10Mənbələr