AZ

Husilər İsraildə beş hədəfə PUA larla zərbə endirdi

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının silahlı qanadının sözçüsü Yəhya Saria İsraildə beş strateji hədəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiklərini bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Saria bildirib ki, Ben Qurion hava limanı, Eylat limanı və Təl-Əviv yaxınlığındakı hərbi obyektlər də daxil olmaqla, ümumilikdə beş hədəfə zərbələr endirilib:

“Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri unikal hərbi əməliyyat həyata keçirib. Lod hava limanına (Ben Qurion), Yaffadakı hərbi obyektə (Təl-Əviv) və Umm əl-Rəşraş limanına (Eylat) hücumlar təşkil olunub”, – deyə Husi nümayəndəsi qeyd edib.

Hücumun miqyası, dəqiq nəticələri və İsrail tərəfinin bu zərbələrə reaksiyası barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Husi hərəkatı 2023-cü ilin sonlarından etibarən Qırmızı dənizdə və regionda İsrailə qarşı həm raket, həm də PUA hücumlarını artırıb.

Bu hücumlar əsasən Fələstində baş verən münaqişələr fonunda həyata keçirilir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
25
icma.az

10Mənbələr