Ajans.az xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb. Saria bildirib ki, Ben Qurion hava limanı, Eylat limanı və Təl-Əviv yaxınlığındakı hərbi obyektlər də daxil olmaqla, ümumilikdə beş hədəfə zərbələr endirilib: “Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri unikal hərbi əməliyyat həyata keçirib. Lod hava limanına (Ben Qurion), Yaffadakı hərbi obyektə (Təl-Əviv) və Umm əl-Rəşraş limanına (Eylat) hücumlar təşkil olunub”, - deyə Husi nümayəndəsi qeyd edib. Hücumun miqyası, dəqiq nəticələri və İsrail tərəfinin bu zərbələrə reaksiyası barədə hələlik rəsmi məlumat yoxdur. Xatırladaq ki, Husi hərəkatı 2023-cü ilin sonlarından etibarən Qırmızı dənizdə və regionda İsrailə qarşı həm raket, həm də PUA hücumlarını artırıb.
Bu hücumlar əsasən Fələstində baş verən münaqişələr fonunda həyata keçirilir.