AZ

Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi 99 HJ 662 VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xətai rayonu, Lütfizadə küçəsində qayda pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Videodan göründüyü kimi, 99-HJ-662 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü keçidə yaxınlaşan zaman sürətini azaltmayıb. Hətta keçiddən istifadə edən orta yaşlı kişiyə də əhəmiyyət vermədən yoluna davam edib. Nəticədə o, piyadaya təhlükə yaradıb. Xoşbəxtlikdən bədbəxt hadisə qeydə alınmayıb. 

Təəssüf ki, bir qisim sürücülər qaydalara riayət edən piyadalara məhəl qoymadan hərəkət edirlər. Xüsusilə nizamlanmayan keçidlərdə belə xoşagəlməz hallar müşahidə olunur. Lakin hər bir sürücü keçidlərə yaxınlaşan zaman sürət həddini aşağı endirməli və keçiddən keçən piyadaya yol verməlidir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
10
avtosfer.az

10Mənbələr