AZ

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mediasının diqqət mərkəzindədir

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində keçirilən IIIŞuşa Qlobal Media Forumunda “Rəqəmsal keçidlər: Süni intellektdövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi”mövzusunda çıxışı və jurnalistlərin suallarına cavabları dünyamediasının diqqət mərkəzindədir.

Belə ki, Çinin "Sinxua" xəbər agentliyi “Azərbaycan PrezidentiÇinlə yüksək səviyyədə qarşılıqlı etimadı alqışlayır” başlığı iləməqalə dərc edib.

Nəşr Prezident İlham Əliyevə istinadən yazır ki, Azərbaycan vəÇin iki mühüm sənəd qəbul edib və imzalayıblar. Keçən il bu,Strateji Tərəfdaşlıq, bu il Hərtərəfli Strateji Tərəfdaşlıqhaqqında Bəyannamə idi. Bundan əlavə, məqalədə qeyd olunur ki, BakıSədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü əvvəldəndəstəkləyib və artıq Azərbaycan ərazisində müvafiq nəqliyyat vəlogistika infrastrukturu hazırlanıb.

Çinin kütləvi informasiya vasitələri, o cümlədən "Sina", "Guangcha", "163.com" və digər KİV-lər də Azərbaycan və Çinarasında ümumvətəndaş pasportlarına malik vətəndaşlar üçünqarşılıqlı vizasız rejim haqqında sazişin qüvvəyə minməsininvacibliyi barədə məlumat yayıblar. Sənəd apreldə Prezident İlhamƏliyevin Çinə dövlət səfəri zamanı imzalanıb. Qeyd edilir ki, busaziş şəxsiyyətlərarası təmasların möhkəmlənməsinə, eləcə də həriki ölkənin tələbələri və sahibkarları arasında əlaqələrininkişafına töhfə verəcək.

Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın Tayvanla bağlımövqeyinə dair dediyi sözlər də yer alıb. "Azərbaycan açıq şəkildəbildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər iləbağlı mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz olan “vahid Çin”siyasəti Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur", - nəşrlərdövlət başçısından sitat gətirib.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumununiştirakçıları ilə görüşündə çıxışı Yaponiya mətbuatında da genişişıqlandırılıb. "Tokyo-np", "Newseveryday", "Sankei Shinbun", "Newspick", "Okinawatimes", "47News","Net Nihonkai" və digər nəşr və portallarda AZAL-ıntəyyarəsinə dair insidentlə bağlı dövlət başçısının bəyanatlarınaistinad edən materiallar dərc edilib, həmçinin Rusiya tərəfinin başverənlərlə bağlı heç bir açıqlama vermədiyi də qeyd edilibb.

Fransa və Macarıstan KİV-lərində də Prezident İlham Əliyevinçıxışı ilə bağlı materiallar dərc olunub. Fransanın "Euronews" и "RFI" platformalarında, eləcə də Macarıstanın"Economx.hu", "Liner.hu" və "Hvg.hu" xəbər portallarında dərc olunanməqalələrdə AZAL-ın təyyarəsi ilə bağlı insident, habelə beynəlxalqməhkəmələrə təqdim edilmək üçün sənədlər paketinin hazırlanmasınadair rəsmi Bakının mövqeyinə xüsusi diqqət yetirilib.

"Hindustan Times", "Firstpost" и "Tourguidence" kimi Hindistan portalları daPrezident İlham Əliyevin AZAL hadisəsi və bu faciə nəticəsində 38sərnişinin ölümü ilə bağlı səsləndirdiyi fikirlərə diqqətyetirib.

Vyetnam qəzetləri və "Vietnam Plus", "VnExpress", "Lao Dong", "PLO.vn", "VO.vn", "Bao Nghe An" kimi xəbər portalları nəşrlərindəAzərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıvə sülh sazişinin imzalanması məsələlərinə dair Prezident İlhamƏliyevin bəyanatlarından sitat gətiriblər.

Çilinin "El Periodista", "El Vinotinto", "Inoticias" və digər xəbər portallarında dərcolunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan vəErmənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizininaçılması, eləcə də Bakının iqlim gündəmi və bərpa olunan enerjinininkişafı sahəsində təşəbbüsləri ilə bağlı bəyanatları yer alıb.

"Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki,Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrikenerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadəedirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirikvə bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq. Yerigəlmişkən, yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıqimzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrikenerjisini istehsal edəcəyik", - nəşrlər Prezident İlham Əliyevdənsitat gətiriblər.

İsveçrənin SWI nəşri AZAL-ın təyyarəsinin qəzaya uğramasıilə bağlı Prezident İlham Əliyevin sözlərinə diqqət yetirir.

Belə ki, dərc olunan məqalədə Prezident İlham Əliyevin sözlərinəistinadən qeyd olunur ki, Azərbaycan AZAL sərnişin təyyarəsininqəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəməyəmüraciət etmək niyyətindədir.

Pakistanın Islamabad Post qəzeti Prezident İlham ƏliyevinIII Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəçıxışının tam mətnini dərc edib.

Philippine News Agency-nin dərc etdiyi materialdavurğulanır ki, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev buyaxınlarda Xankəndidə açılmış Konqres Mərkəzində 150-dən çox xariciKİV nümayəndəsini bir araya gətirən III Şuşa Qlobal Media Forumununiştirakçıları ilə görüşüb.

"Bu il forum “Rəqəmsal keçidlər: Süni intellekt dövründəinformasiya və media dayanıqlılığının gücləndirilməsi” devizialtında keçirilir və qlobal media və rəqəmsal kommunikasiyalarsahəsində mövcud çağırışları və imkanları müzakirə etmək üçünbeynəlxalq jurnalistləri, media menecerlərini və siyasətçiləri biraraya gətirir", - məqalədə qeyd edilib.

Honq-Konq-un Bauhinia Magazine jurnalının buraxılışıPrezident İlham Əliyevin Çinlə münasibətlərlə bağlı sözlərinədiqqət yetirir. Dövlətimizin başçısının iki ölkə arasındaqarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiyivurğulanır.

La Radio del Sur (Venesuela) AZAL-ıntəyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevinsözlərini sitat gətirir. Qeyd olunur ki, Bakı AZAL təyyarəsininqəzaya uğraması nəticəsində həlak olanların və yaralananlarınailələrinə təzminat ödənilməsində israrlıdır.

NewTalk (Tayvan) qəzetində dərc olunan məqalədə qeydolunur ki, Azərbaycan Moskvadan öz təqsirini rəsmən etiraf etməyi,günahkarların məsuliyyətə cəlb edilməsini, həlak olanların vəyaralananların ailələrinə təzminat ödəməsini, habelə məhv edilmiştəyyarənin dəyərinin ödənilməsini tələb edir.

İordaniyanın Jordan News Agency nəşri media forumununəhəmiyyətinə xüsusi diqqət yetirir.

"Prezident İlham Əliyev forumda çıxış edərək qeyd edib ki, bütünbunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdəaçıq müzakirələrinə böyük ehtiyac var", - məqalədə vurğulanıb.

Sharjah 24 (BƏƏ) və Emirates News Agency – WAM tərəfindən dərcedilmiş materiallarda vurğulanır ki, forum rəqəmsaltransformasiyaların mediaya təsirini, məzmunun yaradılması vəyayılmasında müasir texnologiyaların artan rolunu, eləcə də dəqiqvə etibarlı informasiyaya çıxışın təmin edilməsində mediasavadlılığının əhəmiyyətini müzakirə etməkdir.

"Görüş zamanı Prezident İlham Əliyev texnologiyaların sürətliinkişafına vaxtında reaksiya verilməsinin vacibliyini vurğulayıb,süni intellektin bütün sahələrdə, xüsusilə də mediada rolununartdığını qeyd edib. Dövlət başçısı Azərbaycanın regional vəbeynəlxalq əlaqələri, xarici siyasət və beynəlxalq əməkdaşlıqməsələlərinə də toxunub", - məqalələrdə qeyd olunub.

Seçilən
8
45
az.trend.az

10Mənbələr