Siyasətdə ampluasızlar öz yerini bilməyən, funksiyasını və istiqamətini itirmiş, kim olduğunu dərk etməyən nasistlər və reallıqdan uzaq şəxslərdir.
Xalqın problemləri ilə deyil, öz layiqsiz imici ilə məşğul olmağa çalışan, marksizm və eqoizm xəstəliyinə tutulmuş satqınlar çox təhlükəli xəstəlik daşıyıcılarıdır.
Bunların ictimai təhlükəsi ondadır ki, cəmiyyətə heç bir fayda vermirlər. Siyasi gündəmi şəxsi və narsist maraqlarına uyğun şəkildə manipulyasiya etməyə çalışırlar. Pusquda dayanıb siyasi böhran gözləyən, şəxsi maraqlarını milli maraqlardan üstün tutan ampulasızlar, yerini bilməyən, yersizlər yenə aktivləşiblər. Səbəb, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda dünya və region üçün verdiyi önəmli diplomatik-siyasi mesajlar idi. Nə zaman Prezident İlham Əliyev bu dövlət üçün uğurlu bir addım atır, bunlar narahatlıqlarını gizlədə bilməyib dərhal xəyanət oxlarını dövlətimizə tuşlayırlar. Bu isə nəyin göstəricisi olduğu artıq hamıya məlumdur.
Sadəcə müvafiq dövlət qurumlarından xahişim odur ki, dövlətin uğurlarını görmək istəməyənlərə mütləq sakitləşdirici peyvəndlərin hazırlanmasına start versinlər. Çox deyillər – nə xərci, nə də vaxtı çox tutmaz. Sayları azdır. Satqınçılıq etsələr belə, vətəndaşlarımızı belə əzabla üz-üzə qoymaq doğru deyil.
Şuşa Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi, Azərbaycan üçün milli, mədəni, siyasi və diplomatik baxımdan simvolik bir şəhərdə təşkil olunması təkcə media gündəminə hesablanmış bir tədbir deyil. Bu, eyni zamanda diplomatik və geosiyasi baxımdan da əhəmiyyətli bir tədbirdir.
Forum, qlobal informasiya taktikasının gücləndirilməsi və Azərbaycan mediasının beynəlxalq media cəmiyyətinə inteqrasiyası baxımından mühüm önəm daşıyır. Azərbaycanın Qarabağdakı suverenliyinin möhkəmləndirilməsi baxımından Şuşa təkcə mədəniyyət ocağı kimi deyil, həm də qlobal dialoq, siyasət və ideya mərkəzinə çevrilməsi mesajını daşıyır.
Cənab Prezident isə bu Forum vasitəsilə regionda və dünyada baş verən prosesləri birbaşa təqdim etməklə yanaşı, ciddi və strateji əhəmiyyətli mesajlar verdi. Bu tədbirlər həm də beynəlxalq media məkanında dövlətimizin yerini gücləndirmək üçün atılan addımlardır.
Digər tərəfdən də, yeni dünya nizamına uyğun yeni reallıqlar, yeni media reallıqlarının yaranmasına gətirib çıxardır. Və bu media reallıqlarından, geosiyasi və geopolitik təsirlərdən istifadə etməklə milli maraqlarımızın qorunması, milli ideologiyamıza yönəlmiş təhdidlərin qarşısının alınması üçün strateji tribunadan məharətlə istifadə etmək lazımdır.
Ədalətli və müdrik ifadələrlə mövqeyimizi dünyaya çatdırmaq şansını əldə etmək kimləri və niyə narahat edir? Bax, bu düşündürücü bir sualdır. Əslində sualın cavabı bəllidir, sadəcə peyvənd prosesini xüsusi bir hala salmaq və bu narahatlıqları aradan qaldırmaq üçün sistemli işə keçmək lazımdır.
Müvafiq dövlət qurumları vətəndaşlarımızın qeydinə qalmalıdır, bu onların vəzifə borcudur.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri