AZ

Azərbaycan XİN Banqladeşə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

Day.Az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkəhesabında paylaşım edilib.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələri və yaxınlarına, Banqladeş hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün Banqladeşin paytaxtı Dəkkə şəhərində "Milestone" kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 19 nəfər ölüb, 164 nəfər yaralanıb.

Seçilən
2
50
day.az

10Mənbələr