AZ

Prezidentin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb (FOTO)

Bakı. Trend:

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan RespublikasıPrezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycanmünasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlamayayılmışdır.

Medianın İnkişafı Agentliyindən Trend-ə bildirilib ki, Azərbaycan RespublikasıPrezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərəkhazırlanmış və uydurma iddiaların yer aldığı bu açıqlama ictimairəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyasınümunəsidir.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyayainanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadəedən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiyaagentlikləri və digər peşəkar media subyektlərindən əldə edəbilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bukimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxtavə yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdəsayıq olmağa səsləyirik”, - deyə məlumatda qeyd edilib.

Prezidentin
Prezidentin
phrase_var_article.chosen
4
50
az.trend.az

10phrase_var_article.sources