Bu sözləri Demokrat.az-a açıqlamasında "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı deyib.
O bildirib ki, söhbət jurnalistikanın sıradan çıxmasından getmir:
"Əksinə, süni intellektə sual verdikdə, o özü belə qeyd edir ki, jurnalistika gələcəyin peşəsidir. Çünki insan faktoru və subyektiv yanaşma tələb olunan müddətcə jurnalist də olacaq. Jurnalistin işi davam edəcək, lakin bu işin mahiyyəti və forması dəyişə bilər.
Süni intellekt hazırda jurnalist üçün bir mənbə və köməkçi vasitədir. Məsələn, jurnalistlər bu texnologiyadan yazılarını "Google" və digər axtarış standartlarına uyğunlaşdırmaq, məlumat toplamaq və hətta təhlil üçün istifadə edirlər. Amma burada əsas məsələ odur ki, süni intellektin təqdim etdiyi məlumatlar insan tərəfindən yenidən yoxlanmalı və dəqiqləşdirilməlidir. Çünki faktların dəqiqləşdirilməsi jurnalistin əsas vəzifələrindən biridir.
Bundan əlavə, süni intellekt media üçün yeni ixtisaslar yaradacaq. Məsələn, sosial media menecmenti, məzmun redaktəsi, süni intellektlə inteqrasiya olunmuş jurnalistika formaları və s. Bu sahələr üzrə ixtisaslaşmış kadr hazırlığı vacib olacaq".
Onun sözlərinə görə, süni intellekt jurnalistikaya zərər vurmaq əvəzinə, onu dəstəkləyən və yeni imkanlar yaradan bir texnologiyaya çevrilə bilər:
"Lakin gələcəkdə elə səviyyəyə gəlib çata bilər ki, bəzi mövcud ixtisasları, məsələn, redaktor və ya tərcüməçi kimi köməkçi vəzifələri sıradan çıxara bilər. Məsələn, əvvəllər qəzet redaksiyalarında kompüter yığıcıları işləyirdi, indi isə jurnalistlərin özü bu işi görür.
Nəticə etibarilə, jurnalistikanın mahiyyəti qalacaq, sadəcə bəzi texniki ixtisaslar süni intellekt tərəfindən əvəzlənə bilər. Amma jurnalist, yəni, əsas məhsulun müəllifi yenə də insan olacaq".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
azerbaijan-news.azŞuşa Qlobal Media Forumunun son günü iştirakçılar üçün yaddaqalan və zəngin proqramla yekunlaşıb VİDEO ( 19540658)
-
sfera.azChatGPT autizmli bir insanı dahi olduğuna inandırdı: Xəstəxanalıq oldu ( 19540175)
-
azerbaijan-news.azMedianın İnkişafı Agentliyi açıqlama yayıb ( 19539617)
-
azerbaijan-news.azIII Şuşa Qlobal Media Forumu işini yekunlaşdırıb YENİLƏNİB ( 19539605)
-
azerbaijan-news.azMedianın İnkişafı Agentliyi Azərbaycan vətəndaşlarına, jurnalistlərə və ictimai fəallara çağırış edib ( 19539596)
-
valyuta.azSüni intellekt təsvirlərinə qarşı filtrasiya dövrü başlayır ( 19539509)
-
metbuat.azŞuşa Forumu ilə Azərbaycan qlobal mediada söz sahibi olur Naqif Həmzəyev ( 19539074)
-
metbuat.azŞuşa Forumu ilə Azərbaycan qlobal mediada söz sahibi olur - ( 19539167)
-
news24.azIII Şuşa Qlobal Media Forumu başa çatdı ( 19524272)
-
metbuat.azBakı və Ər-Riyad əməkdaşlıq məktubu imzaladı ( 19539173)