AZ

Azərbaycan əfqan qadınları üçün xalçaçılıq mərkəzi açdı - FOTOLAR

Ötən gün Kabil şəhərində Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə “Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi”nin açılışı baş tutub.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunması məqsədini daşıyan layihə XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstandakı nümayəndəliyi və Əfqanıstanın Əmək və Sosial Təminat Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlib.

Tədbirdə Azərbaycan tərəfinin dəstəyi ilə yaradılmış peşə məktəbinin aztəminatlı əfqan ailələrinə dəstək olacağını, eləcə də layihənin İƏT üzv ölkələri arasında həmrəyliyə xüsusi töhfə verdiyi qeyd edilib.

Tədris mərkəzi dörd emalatxanadan ibarətdir və 20 ədəd xalça toxuculuğu dəzgahı, zəruri alətlər və bir illik xammal ehtiyatı ilə təchiz olunub. Mərkəzdə eyni vaxtda 80 qadının təlim keçməsi nəzərdə tutulur.

 

Seçilən
13
50
gundem.az

10Mənbələr