AZ

Orxan İsmayılov faciəvi şəkildə öldü

Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlunu işlədiyi sənaye müəssisəsində elektrik cərəyanı vurub.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.

Nəticədə elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılov müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
19
50
news24.az

10Mənbələr