Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın beynəlxalq xəbər və analitika televiziya kanalı “AnewZ” Çin Mərkəzi Televiziyasının xəbər xidməti olan CCTV+ və Qazaxıstan Respublikası Prezidentinin Televiziya və Radio Kompleksi (PTRK) ilə strateji media tərəfdaşlıqları istiqamətində razılıq əldə edib.
“AnewZ” televiziya kanalının Çin Mərkəzi Televiziyasının xəbər xidməti olan CCTV+ ilə əməkdaşlığı çərçivəsində “Qlobal Cənub Media Tərəfdaşları” təşəbbüsünə qoşulmaqla lisenziyalı xəbər materiallarına və canlı yayım siqnallarına çıxış imkanı əldə edir, xüsusi xəbər xidmətləri və arxiv resursları üzrə birgə fəaliyyət həyata keçirir, eyni zamanda təlim, tədqiqat və media inkişafı sahəsində Qlobal Cənub ölkələri ilə tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qazaxıstan Respublikası Prezidentinin Televiziya və Radio Kompleksi (PTRK) ilə əldə olunan razılaşma isə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini ehtiva edir. Tərəflər arasında media kontentlərinin mübadiləsi və birgə istehsalı, kadr potensialının inkişafı və qarşılıqlı təcrübə proqramlarının təşkili planlaşdırılır.
"Cebheinfo.az"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.