AZ

Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizir cəzalandırıldı

Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizirə cəza verilib. Əsgər həmin vaxt gün növbətçisi imiş.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Qusarda yerləşən hərbi hissələrdən birində baş verib.

Hadisə baş verən gün gizir əsgər yataqxanasına daxil olub, bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutulan yerdə olan dolabın rəfini çəkdikdə orada çay paketləri və alma qabıqlarını görüb. Bu səbəbdən bölük növbətçisi olan əsgərə əsəbiləşib. Əsgəri yanına çağıran gizir onun dizinə və başına zərbə vurub.

Bu hərəkətinə görə məsuliyyətə cəlb edilən gizir əməlindən peşman olduğunu, əsgərlə barışdığını bildirib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə gizir törətdiyi əmələ görə təqsirli bilinib. Aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla səkkiz ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilib.

Seçilən
4
12
axar.az

10Mənbələr