İngiltərədə aparılan yeni bir araşdırma şok nəticələri ortaya qoyub: evli və ya münasibətdə olan şəxslərin 85%-i aldatma davranışına iş mühitində başlayır. Mütəxəssislər bunun əsas səbəbi kimi gündəlik iş stresindən qaçış ehtiyacını göstərirlər.
İş yerləri emosional və fiziki yaxınlaşmaya şərait yaradır
"Bakuinfo" xəbər verir ki, araşdırmaya görə, iş mühitləri təkcə əmək məhsuldarlığı üçün deyil, həm də sosial münasibətlərin formalaşdığı məkanlar olaraq ön plana çıxır. Ortaq fasilələr, iş bölüşməsi və nahar vaxtları əməkdaşlar arasında emosional və bəzən fiziki bağların yaranmasına zəmin hazırlayır.
Aldatma təkcə fiziki deyil, emosionaldır
Məlumatlara əsasən, aldatma halları təkcə fiziki münasibətlərlə məhdudlaşmır. Duyğusal yaxınlıq və anlayış da münasibətlərin dəyişməsində mühüm rol oynayır. Xüsusilə gərgin iş rejimində bir-birini anlayan iş yoldaşları arasında emosional əlaqələrin tez-tez yarandığı qeyd olunub.
Ən çox aldadan peşələr AÇIQLANDI
Araşdırmada hansı peşə sahələrində aldatma hallarının daha çox olduğu da müəyyənləşdirilib. Satış sektorunda çalışanlar %14.5 göstərici ilə birinci yerdədir. Bu sahədə tez-tez keçirilən tədbirlər və düzensiz iş qrafiki əsas səbəblər arasında göstərilir.
İkinci sırada müəllimlər, akademiklər və digər təhsil işçiləri yer alır – %13.7 ilə. Üçüncü yerdə isə səhiyyə sektoru dayanır. Araşdırmada gecə növbələri, uzun və gərgin iş saatları kimi amillərin səhiyyə işçiləri arasında emosional yaxınlıq yaratdığı vurğulanır.
Ən çox aldatma ilə gündəmə gələn peşələr:
Satış sahəsində çalışanlar
Müəllimlər və təhsil sahəsinin əməkdaşları
Səhiyyə işçiləri
Logistika sahəsində çalışanlar
Tədbir və təşkilatçılıq sektoru üzrə işçilər
Nəticə olaraq, iş mühitində yaranan sosial əlaqələr bəzən şəxsi münasibətləri riskə ata bilir. Mütəxəssislər iş yerlərində etika qaydalarına və şəxsi sərhədlərə daha çox diqqət yetirilməli olduğunu bildirirlər.