ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şəkildə tələf olub. Hadisə rayonun Pərdi kəndində baş verib.
Yerli sakinlər bir neçə gündür göldə balıqların kütləvi şəkildə tələf olmasını müşahidə etdiklərini deyiblər. Onlar balıqların tələf olmasını göldə suyun kəskin azalması ilə əlaqələndirir.
"Cebheinfo.az”– ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".
Gülər
“Cebheinfo”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.