AZ

Şeremetyevo uçuşları bərpa edib

“Şeremetyevo hava limanı normal rejimdə işləyir”.

Bakues.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hava limanından bildirilib.

Məlumata görə, gediş-gəliş reysləri sifarişə və hazırlıq vəziyyətinə uyğun həyata keçirilir.

Aeroportdan xatırladıblar ki, QR kodlar B və C terminallarının “təmiz” zonalarında məlumat lövhələrində yerləşdirilib və onlardan uçuşun cari vəziyyətini öyrənmək olar.

Qeyd edək ki, iyulun 19-21-də Rusiyanın mərkəzi hissəsində hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyulub. O cümlədən, paytaxtın hava limanları bir neçə dəfə təyyarələrin qəbulunu və buraxılışını dayandırıb. Bununla əlaqədar olaraq, aviadaşıyıcılar uçuş cədvəllərində düzəlişlər etmək məcburiyyətində qalıblar.

phrase_var_article.chosen
45
6
icma.az

10phrase_var_article.sources