AZ

“Ölü Həsən” filmi müsabiqədə qalib oldu

ain.az, Kulis.az saytına istinadən bildirir.

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” bədii filmi nüfuzlu “TRT 12 Punto” film layihələri müsabiqəsinin qaliblərindən biri olub.

Kulis.az xəbər verir ki, layihə Türkiyənin dövlət kanalı TRT tərəfindən 2019-cu ildən etibarən təşkil edilən və ssenari inkişafı ilə beynəlxalq ortaq istehsal sahəsində fəaliyyət göstərən ən

böyük platforma olan “TRT 12 Punto”nun qrantını qazanıb.

Ekran əsərinin ssenari müəllifi və rejissoru, eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Türkan Hüseyndir. Ssenarinin həmmüəllifi isə İsmayıl İmandır.

Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli və digər tanınmış aktyorlar rol alıblar. Film Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), “Ultra Production”, Türkiyənin “Poetika Film” studiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai Televiziyanın müştərək layihəsi kimi istehsal olunur.

Qeyd edək ki, ekran işinin prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov və Əli İsa Cabbarov, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssam Turan Yusifovadır.

Təhqir dolu məktublar alıb küçəyə çıxa bilməyən aktyorumuz kimdir?

Bədii mətnin sirlərini açan mətnlər

Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

phrase_var_article.chosen
3
2
kulis.az

10phrase_var_article.sources