AZ

Türkiyə bu təyyarələr üçün 6 milyarda yaxın vəsait ödəyəcək Sazişin gələn həftə imzalanacağı deyilir

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə 40 ədəd "Tayfun" döyüş təyyarəsi üçün 5,6 milyard dollar dəyərində yeni  müqavilə imzalayacaq. Bu böyük sazişin bu həftə İstanbulda keçiriləcək Müdafiə Sənayesi Sərgisində ictimaiyyətə elan ediləcəyi gözlənilir.

"AzPolitika" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Tayfun" təyyarələri Böyük Britaniyanın "BAE Systems", Almaniya-Fransa-İspaniya ortaqlığı "Airbus" və İtaliyanın "Leonardo" şirkətləri konsorsiumu tərəfindən istehsal olunur. Türkiyə 2023-cü ildən bəri bu  döyüş təyyarələrinə maraq göstərsə də, Almaniyanın xarici siyasət məsələləri ilə bağlı ixrac lisenziyasını təsdiqləməməsi prosesi yavaşlatmışdı.

"WSJ" həmçinin İngiltərənin ilin sonuna qədər Türkiyə ilə texniki razılaşma imzalamağı hədəflədiyini qeyd edib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
6
azpolitika.info

10Mənbələr