Onun sözlərinə götrə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəm təməli var, lakin bəzən elə olur ki, bu münasibətlər “çətin dövrlərdən keçir”. İndi məhz həmin dövrlərdən biridir.
“Ümid edirik ki, bu dövr keçəcək, inanırıq ki, iki ölkə arasında əməkdaşlıq həqiqətən də qarşılıqlı fayda gətirir. Azərbaycanda rus xalqına hörmət edilməsi bizim üçün çox vacibdir. Rusiyada çox böyük Azərbaycan diasporu yaşayır. Diasporun demək olar ki, bütün nümayəndələri burada layiqli hörmətə malik və qanuna tabe olan vətəndaşlarımızdır. Qanunları pozan vətəndaşlar isə qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunurlar”,- Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
![]() |
III Şuşa Qlobal Media Forumu: İlham Əliyev nələrdən danışdı | TAM MƏTN |
- İstintaq işləri davam edir, istintaq gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, biz rəsmi hökmləri gözləyəcəyik”,- Dmitri Peskov deyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Şuşa Media Forumunda sözügedən faciə ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha açıqlayaraq, Moskvanın bu məsələdə sərgilədiyi siyasətin ikitərəfli münasibətlərin inkişafını dəstəkləmədiyini açıqlayıb. Bu baxımdan, artıq 7 aydır ki, Rusiyanın “hələ istintaq gedir” cavabı ilə rəsmi Bakının haqlı tələblərindən yayınması qarşılığında Azərbaycan Prezidenti ölkəmiizn Beynlxalq məhkəmə orqanlarına müraciət hazırladığını diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az