AZ

Azərbaycan Rusiyanı məhkəməyə versə... – Kreml

Azərbaycan Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırarsa, Moskva rəsmi hökmləri gözləyəcək.

Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Faktla bağlı istintaq addımları, araşdırma aparılır. Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi hökmləri gözləyəcəyik”, - bildirib.

Qeyd edək ki, AZAL təyyarəsinin 25 dekabr 2024-cü ildə Qroznı səmasında vurulması ilə bağlı Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcəyini açıqlayıb.

phrase_var_article.chosen
20
50
ulusum.az

10phrase_var_article.sources