Çində nəhayət ki,İşə getmək istəməyənlərin müalicəsi üzrə klinika açılıb.
"Medicina" xəbər verir ki, Çin və Qərb Tibb Xəstəxanasının təşəbbüsü uğurlu adlandırılıb.
HəkimYue Limin bildirib ki, klinikanın yaradılması ideyası məktəblilər üçün oxşar layihənin uğurundan sonra yaranıb. Belə ki, övladlarını "Mən məktəbə getməyi sevmirəm" klinikasına gətirən valideynlər tez-tez böyüklər üçün də analoji yardım haqqında soruşublar.
Klinikanın mütəxəssisləri peşəkar tükənmişlik, emosional qeyri-sabitlik hissi yaşayan və ya işlərinin mənasız olduğunu düşünən xəstələrə kömək edirlər.
Diaqnostikaya psixoloji müsahibələr, xəstəlikləri (məsələn, hipertireoz) istisna etmək üçün fiziki müayinələr və fərdi terapiya planlarının hazırlanması daxildir.
Medicina.az