Federasiyanın vitse-prezidenti və milli komandanın baş məşqçisi Faiq Qarayev də qarşıdakı yarışlardan qısa söz açıb:
“Qarşıda Avropa çempionatı bizi gözləyir. Mənim üzərimə həm federasiya nemayəndəsi, həm də baş məşqçi olaraq çox böyük yük düşür. Avqustda Avropa Çempionatının püşkatmasıdır. Daha sonra toplanıb şansları müzakirə edəcəyik.Çətinlik odur ki, 8 oyunçumuz oynamadı. Amma gənclər meydana çıxdı. Bu gün yığmada çıxış edən voleybolçular 14-15 yaşlarında Azərbaycanda oynayıblar.Milli komandanın baş məşqçisi olaraq qrupdan çıxmaq üçün əlimzidən gələni etməyə çalışırıq. Növbəti il Avropa Çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədir. Qrupdan çıxsaq ölkəmiz üçün bir uğurdur. Bu barədə növbəti dəfə görüşüb sizinlə müzakirələr aparacağıq. Hər birinizi təbrik edirəm”.